23.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

Slide 1

Misli Premyer Liqası 2024/25: I turun oyun cədvəli

Slide 1

Azərbaycan Premyer Liqasında püşkatma mərasimi keçirildi – Fotolar

   İntizam Komitəsinin iclası keçirilmişdir       2012-04-03
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:

Azərbaycan Kubokunun  AZAL – “Bakı” matçında AZAL klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). 

Oyunun 45+1-ci dəqiqəsində AZAL klubunun 10  №-li futbolçusu Nuqzar Kvirtiya kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur  (maddə 37.1).

Azərbaycan Kubokunun “Neftçi” – “Kəpəz” matçı başa çatdıqdan sonra matçın protokolunda “Neftçi” klubu matçın yekunu ilə bağlı öz etirazını bildirmişdir. İntizam Komitəsi rəsmi sənədləri və matçın videoyazısını izlədikdən sonra aşağıdakı cərimə və cəzaları tətbiq etdir:

Matçın 79-cu dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Əli İsmayılov “Neftçi” klubunun 19 №-li futbolçusu Mirhüseyn Seyidova qarşı aqressiv hərəkət etdiyinə görə, “Neftçi” klubunun futbolçusu isə onu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıqları üçün  hər iki futbolçu 3 oyunluq cəzalanır, “Kəpəz” klubu 3000 manat, “Neftçi” klubu isə 2000 manat cərimə olunur (maddə 38.2, maddə 42.1).  

Hər iki futbolçuya verilmiş cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir, və hər iki futbolçuya 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaqdır (maddə 32, maddə 33).

Oyunun 80-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur  (maddə 52).

Azərbaycan Kubokunun “Xəzər Lənkəran” – “İnter” matçının 83-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur  (maddə 52).

Unibank Premyer Liqasının XXVI turunun “Xəzər Lənkəran” –  “İnter” matçı başa çatdıqdan sonra  “İnter” klubu hakimliklə bağlı öz etirazını bildirmişdir. İntizam Komitəsi rəsmi sənədləri və matçın videoyazısını izlədikdən sonra aşağıdakı cərimə və cəzaları tətbiq etdir:

“Xəzər Lənkəran” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 28-ci və 86-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur  (maddə 52).

Oyunun 41-ci dəqiqəsində “İnter” klubunun 29 №-li futbolçusu Əziz Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 74-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 33 №-li futbolçusu Stefan Bates əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Matçın 85-ci dəqiqəsində “İnter” klubunun 4 №-li futbolçusu Valeri Abramidze hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3). Futbolçuya verilmiş cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir, və futbolçuya 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaqdır (maddə 32, maddə 33).

Oyun başa çatdıqdan sonra hər iki klubun baş məşqçisi bir-birinə qarşı qeyri-etik munasibət bildirdiyi üçün hər iki məqşçiyə ciddi xəbərdarlıq edilir. Analoji hadisənin baş verəcəyi təqdirdə hər iki məqşçi ciddi cəzalanacaqdır.

Matçın hakimlər briqadasının idarəçiliyi haqqında Hakimlər Komitəsi, matçın hakim-inspektoru haqqında isə Hakim-İnspektorlar Komitəsi rəy bildirib İntizam Komitəsinə məlumat versin.

Unibank Premyer Liqasının XXVI turunun “Bakı” –  “Qəbələ” matçının 58-ci dəqiqəsində “Bakı” klubunun nümayəndəsi Vüqar Əliyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün adıçəkilən şəxs 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 63).  

Unibank Premyer Liqasının XXVI turunun “Qarabağ” –  “Neftçi” matçının 8-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunur (maddə 52).

Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun “İnter” – “Qəbələ” matçının 77-ci dəqiqəsində “Qəbələ” klubunun 15 №-li futbolçusu Elvin Camalov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Azərbaycan I divizionunun XVI turunun təxirə salınmış “Lokomotiv” – “Muğan” matçının 90+3-cü dəqiqəsində “Muğan” klubunun 16  №-li futbolçusu Vasif Nəsirov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I divizionunun XVI turunun təxirə salınmış “Karvan” – “Şəmkir” matçında “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 78-ci dəqiqəsində “Şəmkir” klubunun 11 №-li futbolçusu Ramil Sadıqov rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 42.1)

Azərbaycan I divizionunun XVI turunun təxirə salınmış “MKT Araz” – “Qaradağ Lökbatan” matçında “MKT Araz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I divizionunun XVI turunun təxirə salınmış “Şahdağ” – “Tərəqqi” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 81-ci dəqiqəsində “Tərəqqi” klubunun 15  №-li futbolçusu Tural Ağayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I divizionunun XVI turunun təxirə salınmış “Şuşa” – “Göyəzən” matçının 87-ci dəqiqəsində “Göyəzən” klubunun 5 №-li futbolçusu Səməd Mahmudovla “Şuşa” klubunun 5  №-li futbolçusu Fərid Quliyev bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 200 manat cərimə olunur (maddə 42.1)

Azərbaycan I divizionunun XXIII turunun “Göyəzən” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I divizionunun XXIII turunun “Lokomotiv” – “Energetik” matçında “Energetik” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 35-ci dəqiqəsində “Energetik” klubunun 14 №-li futbolçusu Ruslan Həmidov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3)

Matçın 70-ci dəqiqəsində “Energetik” klubunun 10 №-li futbolçusu Orxan Əlibalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur  (maddə 48).

   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Şamaxı 27 57
2 Qaradağ Lökbatan 27 54
3 MOİK 27 49
4 İmişli 27 47
5 Karvan 27 44
6 Zaqatala 27 31
7 Mingəçevir 27 27
8 İrəvan 27 27
9 Difai Ağsu 27 23
10 Araz Saatlı 27 13
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
2223 24 25 26 27 28
29 30 3101020304
05060708091011
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: