İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib: Topaz
Premyer Liqasının XIII turunun AZAL – “Qarabağ” matçında AZAL klubunun 6
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə
40).
Topaz
Premyer Liqasının XIII turunun “Neftçi” – “Bakı” matçında “Neftçi”
klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə
olunur (maddə 40).
Oyununun 27-ci dəqiqəsində “Neftçi” klubunun 30 №-li
futbolçusu Saşa Stamenkoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200
manat cərimə olunur (maddə 48).
Oyunun 1 və 31-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri,
16 və 59-cu dəqiqələrdə isə “Bakı” klubunun azarkeşləri tərəfindən meydançaya kənar
əşyalar atıldığı üçün hər iki klub 2000 manat cərimə olunur (maddə 52).
Əvəzedici heyətlərin XIII turunun AZAL
– “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XIII turunun
“Neftçi” – “Bakı” oyununun 39-cu dəqiqəsində “Bakı” klubunun 5 №-li
futbolçusu Vüqar Mustafayev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır,
klub 1000 manat cərimə olunur (maddə 42.1).
Oyunun 83-cü dəqiqəsində “Neftçi” klubunun 23 №-li
futbolçusu Orxan Bəşirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000
manat cərimə olunur (maddə 42.3).
Azərbaycan I
Divizionunun IX turunun “Neftçala” – “Ağsu” matçında “Ağsu” klubunun 6 futbolçusu
sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I
Divizionunun IX turunun “Araz Naxçıvan” – “Bakılı” matçında “Araz Naxçıvan”
klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə
olunur (maddə 40).
Azərbaycan I
Divizionunun IX turunun “Turan-T” – “Şuşa” matçının 89-cu dəqiqəsində “Şuşa”
klubunun 25 №-li futbolçusu Fransis Boadi kobud oyuna görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200
manat cərimə olunur (maddə 37.1).
Azərbaycan I Divizionunun
IX turunun “Karvan” – “Lokomotiv” matçında “Karvan” klubunun 4 futbolçusu
sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I
Divizionuunn IX turunun “Göyəzən” – “Şahdağ” matçının 63-cü dəqiqəsində
“Şahdağ” klubunun 13 №-li futbolçusu Vüqar Əlibabayev idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
|