Topaz Premyer
liqasının 13-cü turunun “Qarabağ”la oyununda hesabı açan Bakının AZAL klubunun
futbolçusu Viktor İqbekoyi çempionatda 41-ci qolunu vurub. Bununla da
nigeriyalı futbolçu Azərbaycan çempionatları tarixinin ən məhsuldar legionerləri
siyahısında 4-cü pilləyə şərik olub. İndi İqbekoyi milliləşən braziliyalı
Leandro Qomeşlə eyni sayda qola imza atıb. Ölkəmizdə oynamış ən məhsuldar
afrikalı olan Viktor növbəti qolunu vurmaqla daha bir milliləşən əcnəbi
Branimir Subaşiçə də çatacaq.
Ümumiyyətlə isə milliləşənlər
də daxil olmaqla cəmi 7 legioner 40 qol səddini aşıb. Onlardan yalnız İqbekoyi
karyerasını hələ də çempionatda davam etdirir.
1
|
Badri Kvaratsxeliya
|
71
|
2
|
Georgi Adamiya
|
61
|
3
|
Branimir Subaşiç
|
42
|
4-5
|
Viktor İqbekoyi
|
41
|
|
Leandro Qomeş
|
41
|
6-7
|
Fernando Peres
|
40
|
|
Junivan Suares
|
40
|
Nigeriyalı 41 qolundan 19-nu AZAL-ın heyətində vurub. İqbekoyi hal-hazırkı klubunun
Premyer Liqada ən çox qol vuran 3-cü oyunçusudur. Bu göstəricidə, o, yalnız
Zohair Benouahi ilə Junior Nildodan geri qalır. Ümumiliyyətlə isə klubun heyətində
9 futbolçu 10 və daha çox qola imza atıb.
1
|
Zohair Benouahi
|
24
|
2
|
Junior Nildo
|
21
|
3
|
Viktor İqbekoyi
|
19
|
4
|
Junivan Suares
|
17
|
5
|
Xaqani Məmmədov
|
13
|
6
|
Anatoli Doroş
|
12
|
7-9
|
Leandro Qomeş
|
10
|
|
Qvidas Yuska
|
10
|
|
Tales Şütz
|
10 |
|