Topaz Premyer
Liqasının XIII turu mövsümün rekordu ilə əlamətdar olub. Belə ki, baş tutan 5
qarşılaşmadan 4-ü heç-heçə ilə başa çatıb. Yalnız “Neftçi”nin qələbə qazandığı
turda uduzan tək komanda “Bakı” olub. Paytaxt derbisində “ağ-qaralar” 2:1
hesabı ilə qalib gəlib.
Digər oyunlardan AZAL –“Qarabağ” və “Rəvan” – “Sumqayıt” görüşləri eyni 1:1
hesabı ilə başa çatıb. “İnter”lə “Simurq”, həmçinin “Xəzər Lənkəran”la “Qəbələ”
isə meydanı qol vurmadan tərk edib.
Bir turda 4 heç-heçənin qeydə alınması mövsümün yeni rekordudur. Bunadək 7-ci və
8-ci turlar hərəsi 3 heç-heçə ilə daha “sülhsevər”olmuşdu.
Azərbaycan çempionatları tarixinə nəzər salsaq sonuncu belə hadisə ötən
mövsümün startında qeydə alınıb. 2012/13 mövsümünün 1-ci turunda baş tutmalı
olan 6 oyundan 5-i keçirilib və 4-də bərabərlik qeydə alınıb. 15 ay əvvəlki
turun təxirə salınan yeganə matçı da sonradan “sülh”lə nəticələnib. Bir sözlə,
turun 6 matçından 5-də heç-heçə başa çatıb.
2012/13 mövsümü
1-ci tur
04.08.2012
|
Simurq (Zaqatala) -
Qəbələ
|
1:1
|
04.08.2012
|
Sumqayıt - AZAL
(Bakı)
|
2:2
|
04.08.2012
|
Kəpəz (Gəncə) -
Turan (Tovuz)
|
1:2
|
05.08.2012
|
İnter (Bakı) -
Qarabağ (Ağdam)
|
1:1
|
05.08.2012
|
Rəvan (Bakı) - Xəzər
Lənkəran
|
1:1
|
1-ci turun təxirə
salınan oyunu
18.12.2012
|
Neftçi (Bakı) - Bakı
|
1:1
|
|