Topaz Premyer Liqasının 13-cü turunda “İnter”
doğma meydanda “Simurq” klubunu qəbul etdi. Tərəflərin səylərinə baxmayaraq, qarşılıqlı
hücumlar şəraitində keçən oyunda hesab açılmadı – 0:0.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi:
“Fikrimcə çox maraqlı və sürətli oyun oldu. Çoxlu qol imkanları yaratdıq. Bu
oyunda yalnız qol çatışmadı. Komandam yaxşı oyun göstərdi, mübarizə apardı, hər
birinə təşəkkür edirəm. Oyun boyu topa yaxşı nəzarət etdik, sürətıi hücumlar
qurduq. Çempionatın 2-ci dövrəsi təzə başlayıb. Getdikcə oyunumuzu təkmilləşdirməliyik,
Avrokuboklar haqqında düşünmək hələ tezdir. Rəqib komandanın baş məşqçisi Kaxaber
Sxadadzenin oyun bitdikdən sonra nə dediyini eşitməmişəm. Oyun zamanı da,
oyundan sonra emosiyalar olur”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi:
“İlk hissədə çox pis oynadıq, hamınız bunu gördünüz. İkinci hissədə etdiyimiz dəyişikliklərlə
oyunda tarazlıq yaratdıq. Mənim bir sualım var: “İnter” komandası nə vaxtsa 11
metrlik cərimə zərbəsi vuracaq, ya yox?”.
|