![](http://www.pfl.az/uploads/tpl.jpg) Topaz
Premyer Liqasının 13-cü turunun açılış oyununda “Rəvan” doğma meydanda “Sumqayıt”
klubunu qəbul etdi. Tərəflərin hərəyə bir qol vurduğu qarşılaşma 1-1 hesablı
heç-heçə ilə başa çatdı.
Aqil
Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Oyun çox maraqlı keçdi. Nəticədən
də, oyundan da razıyam. Düşünürəm ki, iki xal itirdik. Komandaya oyuna görə təşəkkür
edirəm. Premyer Liqamızda məğlub edilməz komanda yoxdur. Aqşin Muxtaroğlu müdfiəyə
meylli oyunçu olduğu üçün onu bu gün oyuna buraxmadım. Kərim Diniyevin heyətə
düşməməsi isə atası ilə əlaqədar deyil. Seçimim belə oldu”.
Şahin
Diniyev, “Rəvan” klubunun baş məşqçisi: “Son 4 oyundan ən pisini oynadıq. Biz 1
xal qazandıq, iki xal itirmədik. Komandada yorğunluq var. Qış fasiləsində 7
futbolçunun heyətə cəlb olunması haqqında rəhbərliklə danışmışam. Mövqelərdə
olan boşluqları doldurmaq lazımdır. Ceyhun Cavadov bu gün ən pis oyununu
keçirdi, lakin onun gələcəyini yaxşı görürəm”.
|