17.06.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Araz Saatlı" 1-3 "Cəbrayıl" - Videoicmal

Slide 1

"Araz Saatlı" - "Cəbrayıl" canlı yayım

Slide 1

Pley-off mərhələsinin cavab matçının təyinatları

Slide 1

“Karvan” və “İmişli” “Şamaxı”dan öndə

Slide 1

Tiaqo Silva quru oyun sayında hamıdan öndə

Slide 1

Qara Qarayev mükafatlandırılıb

Slide 1

2024/2025 mövsümünün topları müəyyənləşib

   Rauf Əliyev: “Futbolçulara vaxt lazımdır”      2013-11-08

Topaz Premyer Liqasında sentyabr və oktyabr aylarının ən yaxşılarının mükafatlandırılması mərasimindən sonra KİV nümayəndələrinin sualları cavablandırıldı.

Ramin Musayev: “Saytların birində “Neftçi”nin keçmiş məşqçisi Tərlan Əhmədovun açıqlaması yer alıb. Bu açıqlamada mənim onu “Neftçi”yə məşqçi postuna təqdim etdiyim bildirilir. Mən heç bir kluba nə futbolçu, nə də məşqçi təqdim etmirəm, onun “Neftçi” klubuna keçidində də rolum yoxdur. Böyükağa Hacıyevin zamanında məşqçilər korpusunda idi və klubunun uğurlarında birgə pay sahibi idilər. Yalnız “Qarabağ” rəhbərliyinə Rasim Kara çempionatın başlamasına bir neçə gün qalmış klubu tərk etdiyində onlara Qurban Qurbanovu məsləhət görmüşəm. “Turan-T” klubunda baş verənlər haqqında xəbərsizəm, olanlar haqqında KİV vasitəsi ilə xəbər tutdum. Dünyanın hər bir yerində, istənilən klubda maliyyə problemi ola bilər. Futbolçularına milyonlarla borcu olan klublar var. Elə bir hakim yoxdur ki, oyun boyu səhv etməsin. İstənilən ölkə çempionatında, Avropa və Dünya miqyaslı yarışlarda belə hakim səhvləri olur. Ayın hakimini seçmək gözəl təklifdir, bunu həyata keçirməyi KİV nümayəndələrinin öhdəsinə buraxmaq olar. “Böyük oyun”da qonaq komandaların azarkeşlərinin olmaması təəssüfləndiricidir. Bu qərarı ləğv etmək mənim ixtiyarımda deyil. Mən azarkeşsiz oyunların əleyhinəyəm. Klubda işləyərkən qarşılıqlı razılıq əsasında həm rəqib komandanın futbolçusunun cəzasının, həm də azarkeşsiz oynamaq haqqında qərarın ləğv olunmasına razılıq verdim. Futbol azarkeşlər üçün oynanılır. Azarkeşlər oyun boyu bir-birini təhqir etməli deyil. “Xəzər Lənkəran”ın ev oyunlarını keçirdiyi stadionda PFL və Topaz-ən bannerləri artıq yerləşdirilib. Əvvəlki oyunlardan fərqli növbəti oyunda artıq bannerləri görə bilərsiniz. Tərəflər arasında bununla bağlı heç bir narazılıq yoxdur. Milli komandanın baş məşqçisi Berti Foqts çempionat oynularını canlı izləyərsə, onun bu postda qalmasının tərəfdarıyam. Onun rəhbərliyi ilə milli komandada intizam artıb, ümumilikdə çox böyük nəticə verməsə də, komanda son oyunlarda uğurlu çıxış etdi. Mövsüm başlayandan “Simurq” və “İnter”, “Bakı” və “Rəvan” klubları haqqında əsassız söhbətlər ortaya çıxmağa başladı. Premyer Liqamızda oyun alqı-satqısı haqqında ümumiyyətlə düşünmürəm. Çempionatda çıxış edən hər bir komandanı yalnız öz oyunu düşündürür. Topaz Premyer Liqasının yayım hüquqlarını almaq istəyən xarici şirkət haqqında dəqiq məlumat gələcəkdə olacaq. Son görüşümüzdə fikirlərinin qəti olduğunu bildirdilər. Premyer Liqada çıxış edən klubların Bakının regionlarını təmsil etməyinin tərəfdarıyam. AZAL “Şəfa” stadionunda oynayanda çox az sayda azarkeşi var idi. İndi isə Şüvəlanda keçirdiyi ev oyunlarında azarkeş artımı var. “Qarabağ” Quzanlı qəsəbəsində oynayanda stadion azarkeşlə dolu olurdu. Komandaların bir çoxunun Bakını təmsil etməsi azarkeşlərin stadiona gəlməsinə maneə olur. Region komandalarının azarkeşlər stadionda daha çox olur”.

İsmayıl Kalefer: “Topaz Premyer Liqasının oyunlarının mərc proqramına təkli şəkildə daxil edilməsinin biz də tərəfdarıyıq. Buna müsbət rəy olarsa gələcəkdə Premyer Liqanın da oyunlarını təkli və canlı oyun şəkildə oyun proqramında görəcəksiniz. Premyer Liqamıza marağı daha da artırmaq üçün bu addımı atmaq istəyirik. Topaz-ın satış məntəqələrini ilk olaraq Bakı və ətraf rayonlarda açdıq. Naxçıvan MR-də də Topaz satış nöqtələrini açmaq istərdik. Gələcəkdə bununla bağlı müzakirələr aparmağı düşünürük. Topaz Premyer Liqasında indiyədək keçirilən oyunların heç birinin nəticəsindən şübhələnməmişik. Hər hansı şübhəmiz olsa müvafiq qurumlara araşdırma ilə bağlı müraciət edərik. Əgər hər hansı bir oyuna maraq həddindən artıq çox olursa biz onu proqram çıxara bilərik. Dünyanın bir çox bukmeker şirkətlərində bu praktika tətbiq olunur. Oyun proqramına hər hansı bir ölkənin bir oyununu daxil edə bilmərik. Ölkə çempionatını istifadəçilərin marağına əsasən proqrama əlavə edirik. Maraq kəsb etməyən liqaları isə proqramdan çıxarırıq”.

Rauf Əliyev: “Ümumi götürəndə komandamız hələ təzədir. Komanda qarşıdakı oyunlarda daha da yaxşı çıxış etməyə çalışacaq. Mən və Əfran 11 yaşımızdan bir yerdə oynayırıq. Əvvəl “Qarabağ”da, indi “Bakı”da, həm də milli komandada. Futbolçuların bir-birini tam başa düşməsi üçün vaxt lazımdır”.

Reynaldo Silva: “Ayın oyunçusu seçildiyim üçün şadam. Mənə səs verən hər kəsə təşəkkürümü bildirirəm. Ciddi təklif olarsa Azərbaycan milli komandasında çıxış etmək haqqında düşünərəm. Hal-hazırda beten diqqətimi klubdakı çıxışıma yönəltmişəm”.

   Turnir cədvəli
1 Qarabağ 36 83
2 Zirə 36 58
3 Sabah 36 58
4 Sumqayıt 36 57
5 Neftçi 36 56
6 Turan Tovuz 36 48
7 Səbail 36 42
8 Araz-Naxçıvan 36 36
9 Kəpəz 36 35
10 Qəbələ 36 26
Ətraflı
1 Şamaxı 27 57
2 Qaradağ Lökbatan 27 54
3 MOİK 27 49
4 İmişli 27 47
5 Karvan 27 44
6 Zaqatala 27 31
7 Mingəçevir 27 27
8 İrəvan 27 27
9 Difai Ağsu 27 23
10 Araz Saatlı 27 13
Ətraflı
Xəbər arxivi
« İyun 2024 »
1 2 3 4 5 6 7
2728293031 01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
01020304050607
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: