Topaz Premyer Liqasında sentyabr və oktyabr
aylarının ən yaxşıları mükafatlandırılıb. Peşəkar Futbol Liqasının və Topaz-ın
birgə layihəsinə əsasən KİV nümayəndələri arasında keçirilən sorğuda sentyabr və
oktyabr aylarında Topaz Premyer Liqasının ən yaxşı futbolçuları müəyyən olunub.
“Bakı” klubunun futbolçusu Əfran İsmayılov sentyabr ayının, “Qarabağ” klubunun
braziliyalı hücumçusu Reynaldo isə oktyabr ayının ən yaxşı futbolçusu seçilib.
Peşəkar Futbol Liqasının rəsmi saytında (www.pfl.az) azarkeşlər arasında keçirilmiş
sorğunun nəticəsinə əsasən “Bakı”nın futbolçusu Əfran İsmayılovun 5-ci turda “Neftçi”nin
qapısına vurduğu qol sentyabr ayının ən gözəl qolu seçilib. Onun komanda
yoldaşı Rauf Əliyevin 10-cu turda AZAL-ın qapısına vurduğu qol isə oktyabr
ayının ən gözəl qolu seçilib.
Bundan əlavə, avqust,
sentyabr və oktyabr aylarının ən yaxşı futbolçusunun adını tapan KİV nümayəndəsi
də mükafatlandırılıb. www.extratime.az
saytının baş redaktoru Rüstəm Piriyevə PFL və Topaz-ın pul mükafatı təqdim
olunub. KİV sorğu nəticələri
|