Azərbaycan Super kubokunun “Xəzər Lənkəran”
– “Neftçi” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klublar 1000 manat cərimə olunur (maddə 40).
Matçın 64-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 7 №-li
futbolçusu Sadio Tounkara idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200
manat cərimə olunur. (maddə 48). Bu cəza yalnız Super kubok oyununa şamil
edilir.
Azərbaycan kubokunun
1/16 final MOİK – “Qaradağ Lökbatan” matçının 90+2-ci dəqiqəsində MOİK klubunun
10 №-li futbolçusu Ramil Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı
vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan
kubokunun 1/16 final “Mil-Muğan” – “Lokomotiv” matçında “Mil-Muğan” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40).
Oyunun 42-ci dəqiqəsində “Mil-Muğan” klubunun 3 №-li
futbolçusu Vasif Mehrəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub
400 manat cərimə olunur (maddə 42.3).
Oyunun 79-cu dəqiqəsində “Lokomotiv” klubunun 9 №-li
futbolçusu Nicat Əsgərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub
400 manat cərimə olunur (maddə 42.3).
Oyunun 88-ci dəqiqəsində “Lokomotiv” klubunun 18 №-li
futbolçusu Kənan Cəfərovla “Mil-Muğan” klubunun 6 №-li futbolçusu Nicat Fərəcli
biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları
üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 200 manat cərimə olunur (maddə
42.1).
Topaz
Premyer Liqasının XI turunun “Rəvan” – “Bakı” matçında “Rəvan” klubunun 5
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə
40).
Əvəzedici heyətlərin XI turunun “Rəvan”
– “Bakı” matçının 21-ci dəqiqəsində “Rəvan” klubunun 26 №-li futbolçusu
Miloş Adamoviç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat
cərimə olunur (maddə 42.3).
Oyunun 88-ci dəqiqəsində “Rəvan” klubunun 16 №-li futbolçusu
Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə
olunur (maddə 48).
Əvəzedici heyətlərin XI turunun AZAL –
“İnter” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XI turunun
“Simurq” – “Neftçi” oyunun 59-cu dəqiqəsində “Neftçi” klubunun 2 №-li
futbolçusu Tural Məmmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 100 manat cərimə olunur (maddə 48).
Oyunun 83-cü dəqiqəsində “Simurq” klubunun 3 №-li futbolçusu
Kənan Müslümov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000
manat cərimə olunur (maddə 42.1).
Azərbaycan I
Divizionunun VII turunun “Neftçala” – “Şuşa” matçında “Şuşa” klubunun 6
futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40).
Azərbaycan I
Divizionunun VII turunun “Mil-Muğan” – “Karvan” matçında “Mil-Muğan” klubunun 5
futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40).
Oyunun 90+2-ci dəqiqəsində “Mil-Muğan” klubunun 8 №-li
futbolçusu Zöhrab Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I
Divizionun VII turunun “Göyəzən” – “Kəpəz” matçının 87-ci dəqiqəsində “Kəpəz” klubunun
2 №-li futbolçusu Nicat Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı
vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 20 manat cərimə olunur (maddə 48).