Topaz Premyer Liqasının
10-cu turunda “Simurq” ev oyununda “Xəzər Lənkəran”ı qəbul etdi. Əzmkar oyun
göstərən cənub təmsilçisi oyundan qalib ayrıldı – 2:1.
Georgi Çixradze, “Simurq”
klubunun baş məşqçisi: “Oyun qarşılıqlı hücumlarla keçdi. İlk hissənin başlanğıcında
qol vurduq, fasiləyə üstün getdik. İkinci hissədə isə oyunçumuz zədəli olan
vaxt qapımızdan qol buraxdıq. Artıq 3-cü turdur ki, oyunçumuz qırmızı vərəqə
alır, azlıqda qalırıq. Qırmızı vərəqədən sonra bizə oynamaq çətin olsa da,
hücumlarımızı davam etdirdik”.
Con Toşak. “Xəzər Lənkəran”
klubunun baş məşqçisi: “İlk 15 dəqiqədə bərbad oynadıq. Rəqib qol vurduqdan
sonra qapalı futbol oynadı. “Simurq”un müdafiə xəttini yarmaq çox çətin idi.
Sakkonini əvəzləmək düzgün addım idi. Tounkara, Mbilla və Ramazanovla müxtəlif
hücum variantlarına əl atdıq. İkinci hissədə üstün tərəf idik, qalib gəlmək
üçün əlimizdən gələni etdik. Nildo diz bağlarından zədələnib, onun Superkubokda
oynamaq şansı azdır. “Neftçi”yə qarşı iki dəfə oynamışıq və heç birində məğlub
olmamışıq. Superkuboku Lənkərana aparmaq yaxşı olar”.
|