 22-ci
Azərbaycan kubokunun püşkatma mərasimində iştirak edən Peşəkar Futbol Liqasının
prezidenti Ramin Musayev fikirlərini bildirmişdir: “22-ci Azərbaycan kubokunda
20 komanda mübarizə aparacaq. Bunlardan 10-u Topaz Premyer Liqasını, qalanları
isə I Divizionu təmsil edir. “Karvan”, “Turan-T”, “Energetik”, “Göyəzən”, “Şəmkir”
və “Bakılı” komandaları kubok uğrunda mübarizə aparmayacaqlar. Püşkatmanın
keçirilməsində yeniliklər etmişik. Yeni qaydaya əsasən komandaların reytinqinə
görə müəyyən olunmuş səbətlərin qarşılaşması dəyişilmişdir. Belə ki, 1-ci səbətdə
olan komandalarla 3-cü səbətdəkilər, 2-ci səbətdəki komandalarla 4-cü səbətdəkilər
qarşılaşacaq”.
Püşkatma
mərasimindən sonra Ramin Musayev Azərbaycan Superkubokunun keçirilmə tarixi və
yerinin müəyyənləşdiyini bildirmişdir: “Azərbaycan Superkuboku uğrunda oyun oktyabrın
23-də Naxçıvan şəhərində keçiriləcək. Azərbaycanın hər bir güşəsi bizim üçün əzizdir.
Gəncədə keçirilmiş “Qızıl oyun”da, Quzanlı qəsəbəsində “Qarabağ” – “İnter”
oyununda stadiona gələn azarkeşləri görmək çox gözəl hiss idi. Ümid edirəm ki,
bu hissləri Naxçıvanda da yaşayacağıq, Naxçıvan əhalisinin futbola böyük sevgisi
var. Hər bir komandanın Azərbaycanın istənilən yerində azarkeşləri var”.
“Şahin
Diniyevin “Rəvan”a baş məşqçi təyin olunması münasibəti ilə klubu təbrik edirəm.
Komandaya çox xeyir verəcəyini düşünürəm və gələn mövsüm mükafatçılar sırasında
olacağına inanıram”.
|