Topaz
Premyer Liqasının 9-cu turunda AZAL doğma meydanda “Simurq”la qarşılaşdı. Gərgin
və maraqlı idman mübarizəsində keçən oyun 1-1 hesablı heç-heçə ilə başa çatdı.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyun dinamik keçdi, 90 dəqiqə
ərzində meydanda mübarizə əzmi var idi. AZAL fiziki hazırlığı yüksək olan komandadır.
İlk hissədə qol buraxdıq, fasilədə müəyyən taktiki gedişlərlə oyunun axarını dəyişə
bildik, hesabı bərabərləşdirdik. Oyunun son dəqiqələri də gərgin keçdi. Güclü külək
hər iki komandanın oyuna təsir edirdi, xüsusən də hava mübarizələrində. Hər iki
komanda sona kimi mübarizə apardı. Heç-heçəni bu oyunun ədalətli nəticəsi hesab
edirəm”,
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “Qələbəyə layiq oynadıq, heyf ki, qalib gələ
bilmədik. 90 dəqiqə sürətli oyun göstəririksə, qol epizodları yaradırıqsa,
bunun bəhrəsini görəcəyik. Komandaya tapşırmışdım ki, ikinci hissənin ilk 15 dəqiqəsində
diqqətli oynasınlar. Müdafiəyə çəkildik, “Simurq” 5-6 dəqiqə oyuna nəzarə etdi
və 11 metrlik cərimə zərbəsindən hesabı bərabələşdirdi. Hesabda öndə olanda ilk növbədə nəticəni
qorumağa çalışırdıq. Hesab bərabərləşdikdən sonra meydanda tam başqa AZAL gördük. Mənim istədiyim kimi aqressiv futbol oynayan AZAL. İkinci hissədə 6
real qol epizodumuz oldu. Bugünkü oyunda əsas heyətin iki futbolçusunu itirdik.
4 oyundur ki, qələbə qazana bilməməyimiz bizə psixoloji təsir edir”.
|