Topaz
Premyer Liqasının 9-cu turunda “Xəzər Lənkəran”la qarşılaşan “Rəvan” güclü rəqibi
ilə oyunda 1-1 hesablı heç-heçəyə nail oldu.
Vladislav
Qədirov, “Rəvan” klubunun baş məşqçisi: “Oyun gərgin idman mübarizəsində keçdi. “Xəzər Lənkəran”ın güclü hücum xətti var.
Futbolçular verdiyim tapşırıqları yerinə yetirdilər. Komandama oyuna görə təşəkkür
edirəm. Xüsusən də, İvan Pexa zədələnməsinə baxmayaraq, sona kimi meydanda mübarizə
apardı. Rəqib komandanın da qol imkanları oldu. Çempionatda zəif komanda yoxdur. Heç-heçəyə görə məyusam”.
Con
Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Çoxdandır futboldayam, 35 ildə
belə bir şey görməmişəm. Çoxlu qol imkanlarımız oldu, bu qədər epizodla 5
oyunda qələbə qazana bilərdik. Sanki, top qapıdan keçmək istəmirdi. İki xal
itirdiyimizi düşünürəm”.
|