Topaz
Premyer Liqasının 9-cu turunda “İnter” səfər oyununda “Sumqayıt”ı 2-0 hesabı ilə
məğlub etdi. Turnir cədvəlində bir pillə irəliləyən bakılılar cari mövsümdə ilk
dövrənin bütün oyunlarında qol vuran yeganə komanda oldu.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Rəqib komandanı qələbə ilə təbrik
edirəm. “İnter”də qələbə istəyi bizdən daha çox idi, ona görə də qalib gəldilər.
Müdafiədə də səhvlərimiz oldu. Aqşin Muxtaroğlunun zədəsi olduğu üçün əsas heyətdən
kənarda qalmışdı, bu həftə komanda ilə məşqlərə başlayıb. Elşən Adbullayev isə
bir neçə oyunda əsas heyətdə meydana çıxdı, yorğun olduğu üçün ehtiyatdadır”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: ““Bakı” və “Xəzər Lənkəran”a qarşı keçirdiyimiz
uğurlu oyunlardan sonra bu görüşdə də qalib gəlməli idik. Bu cür stadionda
oynamaq olmaz, meydança bərbad vəziyyətdə idi. Buna baxmayaraq, oyunumuzu yaxşı
qurduq, əsas odur ki, qələbə qazandıq. Hesab daha böyük ola bilərdi. Mövsümün əvvəlindəki
şok vəziyyətindən çıxdığımızı düşünürəm”.
|