![](http://pfl.az/uploads/tpl.jpg) Topaz
Premyer Liqasının 6-cı turunda “Sumqayıt”ı qəbul edən “Simurq” ilk hissədə
vurduğu qollarla rəqibini məğlub etdi – 3:1.
Aqil
Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “İlk hissədə müdafiədə zəif
oynadıq. İkinci hissədə isə daha yaxşı oynadıq, bərabər oyun getdi. Səhvlərimiz
üzərində işləyəcəyik”.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Çempionatda asan oyun yoxdur.
Bugünkü oyunun ilk hissəsində üç qol vurduq, ikinci hissədə də pis oynamadıq.
Azarkeşlərimizə təşəkkürümü bildirirəm, sona qədər bizə dəstək oldular. Qələbəyə
görə komandaya minnətdaram”.
|