![](uploads/xezer.jpg) Topaz Premyer Liqasının 6-cı turunda “Xəzər Lənkəran”
doğma meydanda “Bakı” ilə qarşılaşdı. Əzmkar oyun nümayiş etdirən cənub təmsilçisi
Mbilla Etamenin dublu sayəsində mövsümdə ilk qələbəsini qazandı – 2:1.
Milinko Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Oyunda səhvlər
çox oldu. “Xəzər Lənkəran” bu qələbəyə sevinirsə, bu, tarixdir. Bugünkü oyunu
unutmalıyıq, qarşıdakı oyunlara hazırlaşacağıq”.
Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Uşaq
səhvindən sonra qapımızda qol gördük. Bundan sonra oyunda dönüş yaratmaq çətin
idi. Futbolçularıma təşəkkürümü bildirirəm, əzmkar oyun göstərib qalib gəldilər.
Qol imkanlarımızı nəzərə alsaq, hesab daha böyük ola bilərdi. Bu oyun mənə ötən
mövsüm “Bakı” ilə kubok oyunumuzu xatırlatdı. Həmkarım Milinko Pantiçin
komandamızın oyunu haqqında fikirlərinə yalnız təəssüflənirəm”.
|