Topaz
Premyer Liqasının 6-cı turunda “Rəvan”ın qonağı olan “Qarabağ” ilk hissədə
hesabda geri düşsə də, oyunun sonlarına yaxın Corc Leroyun vurduğu qolla 1 xalı
qazana bildi.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Vladislav Qədirovu “Rəvan”a baş məşqçi
təyin olunması ilə təbrik edirəm. Ötən turdakı qələbə və bugünkü heç-heçə göstərir
ki, komanda onun göstərişlərini uğurla yerinə yetirir. Vurduğumuz qol mənim
üçün gözlənilməz oldu. Heyətlə bağlı problem olanda istədiyimiz oyunu göstərə
bilmirik. Bəlkə də son 3 ayın psixoloji yorğunluğu özünü biruzə verir.
Futbolçulara iradım yoxdur, qələbə üçün oynayırdılar. Alınmadı, hər şey ola bilər.
Komandaya iki günlük istirahət veriləcək, Admir Teli, Nikolas Gelaşvili və
Ulrix Kapolonqo milli komandaların düşərgələrindən təzə qayıdıblar”.
Vladislav
Qədirov, “Rəvan” klubunun baş məşqçisi: “”Rəvan”da işləməyimə baxmayaraq,
avrokuboklarda “Qarabağ”a azarkeşlik edirdim, Qurban Qurbanovu uğuru münasibəti ilə təbrik edirəm.
“Qarabağ” çempionatımızın ən güclü komandalarından biridir. Milli komandaların
oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə işimizə yaradı. Hər dəfə
baxımlı oyun göstərmək olmur. Fikrimcə, komandam bu günə qədər olan ən yaxşı
oyununu göstərdi”.
|