Topaz
Premyer Liqasının 6-cı turunun açılış oyununda “Neftçi” öz meydanında “İnter”i
3-1 hesabı ilə məğlub etdi. Bu nəticədən sonra “ağ-qaralar” turnir cədvəlində
birinci pilləyə yüksəldi.
Tərlan
Əhmədov, “Neftçi” klubunun məşqçisi: “Bu cür oyunlar derbidir, rəqibimiz güclü
komandadır. Oyunun çətin keçəcəyi öncədən məlum idi. Son oyunumuzda məğlub
olmuşduq. Səhvlər hər bir komandada olur. Bu gün qazanılan 3 xal komandamızın nəyə
qadir olduğunu göstərdi, psixoloji səddi aşa bildik. Oyunçularımın qarşısında
baş əyirəm”.
Roman
Cəfərov, “İnter” klubunun məşqçisi: “”Neftçi” klubunu qələbə ilə təbrik edirəm.
İlk hissədə oyunumuz alınmadı, ikinci hissədə isə daha yaxşı oynadıq. Təəssüf
ki, qol imkanlarından istifadə edə bilmədik”.
|