![](uploads/qarabagyeni.jpg) Topaz Premyer Liqasının 4-cü turunda Qəbələyə səfər edən “Qarabağ”
yerli komanda ilə oyunda minimal hesablı qələbə qazandı – 1:0. Cari mövsümdə
keçirdiyi dörd oyunun hamısında qalib gələn ağdamlılar inamla turnir cədvəlində
liderliyini davam etdirir.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Bizim
üçün çox ağır oyun oldu. Sözün həqiqi mənasında bəxtimiz gətirdi. Rəqib
yaratdığı çoxsaylı qol imkanlarını dəyərləndirə bilmədi. Heyətdə gənc oyunçulara
şans verdik, lakin onlar rəqib oyuçuların fərdi ustalıqları qarşısında özlərini
itirirdilər. Bugünkü oyunu unudub Avroliqada “Ayntraxt”la keçirəcəyimiz
çətin oyuna hazırlaşacağııq”.
Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “İndiyədək
hücumla müdafiə arasındakı balansı
qoruya bilmirik. Artıq neçənci oyundur ki, komanda ilk hissədə məğlub vəziyyətə
düşür, ikinci hissədə isə daha yaxşı oynayırıq. Çoxlu qol epizodu yaratdıq, heç
birindən də yararlana bilmədik. Qalib gələ bilmədiyimizə təəssüflənirəm. Qurban
Qurbanova və “Qarabağ”a Avroliqada uğurlar arzulayıram”.
|