İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:Topaz Premyer Liqasının III turunun “Neftçi” – “Simurq” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 42-ci dəqiqəsində “Neftçi” klubunun 32 №-li futbolçusu Elvin Yunuszadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun 8, 31 və 73-cü dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunur (maddə 52). Topaz Premyer Liqasının III turunun “İnter” – AZAL matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Topaz Premyer Liqasının III turunun “Qarabağ” – “Xəzər Lənkəran” oyununun 26-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunur (maddə 52). Topaz Premyer Liqasının III turunun “Sumqayıt” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 61-ci dəqiqəsində “Qəbələ” klubunun 6 №-li futbolçusu Volodomir Levin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Əvəzedici heyətlərin III turunun “Neftçi” – “Simurq” matçının 76-cı dəqiqəsində “Simurq” klubunun 10 №-li futbolçusu İlqar Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
|