Topaz
Premyer Liqasının 3-cü turuna bu gün keçirilmiş “Sumqayıt” – “Qəbələ” oyunu ilə
yekun vuruldu. Rəqibini 2-1 hesabı ilə məğlub edən “Sumqayıt” turnir cədvəlində
6-cı pilləyədək irəlilədi.
Yuri
Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Bu gün nə meydana, nə də rəqibin oyun
üslubuna alışa bilmədik. Ötürmələrdə qeyri-dəqiqlik çox idi. “Sumqayıt”ın
emosional hazırlığı yüksək səviyyədə idi”.
Aqil
Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Qələbə münasibəti ilə azarkeşlərimizi
təbrik edirəm. Sonadək bizə dəstək oldular. Futbolçular verilən tapşırıqları
yerinə yetirə bildilər. Hesab arasındakı fərq daha böyük ola bilərdi”.
|