![](uploads/qarabagyeni.jpg) Topaz
Premyer Liqasının 3-cü turunun mərkəzi qarşılaşmasında “Xəzər Lənkəran”ı qəbul
edən “Qarabağ” rəqibini 2-0 hesabı ilə məğlub etdi və bir günlük aradan sonra
yenidən turnir cədvəlinin zirvəsinə şərik oldu.
Con
Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Nəticələrə görə məsuliyyət mənim
üzərimə düşür. 35 illik məşqçi karyeram var. Karyeram boyu uğurlarla yanaşı
uğursuz günlərim də olub”.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Çox yaxşı komandaya qarşı oynadıq.
İlk dəqiqələrdə topla yaxşı davrana bilmədik, dəqiqələr keçdikcə öz oyunumuzu
tapdıq. “Xəzər Lənkəran” ilk üçlükdə olmalı komandadır. Yeni hücumçunun gəlməsi
ilə “Xəzər Lənkəran” güclənib. Fikrimcə, “Xəzər Lənkəran”a yalnız qələbə
çatışmır”.
|