![](uploads/fcb.jpg) Topaz
Premyer Liqasının 3-cü turunda “Bakı” doğma meydanda “Rəvan”ı qəbul etdi. İlk
iki turda məğlubiyyət acısı dadmış komandaların mübarizəsindən “Bakı” qalib
ayrıldı – 5:0.
Vladislav
Qədirov, “Rəvan” klubunun baş məşqçisi: “Rəqibi təbrik edirəm. Ağır məğlubiyyət
aldıq. İlk dəqiqələrdə qol buraxmağımız pis oldu. Aparıcı oyunçumuz Miloş
Adamoviç cəzalı olduğundan bugünkü oyunda iştirak edə bilmədi. 5 top
buraxmağımıza baxmayaraq, qapıçımızın oyununu qeyd etməliyəm, yaxşı oynadı.
Komandamız öz üzərində işləməlidir”.
Milinko
Pantiç, “Bakı” klubunun baş məşqçisi: “İlk dəqiqələrdən sonadək komandalar
mübarizə apardı. Qələbəyə görə futbolçularıma təşəkkür edirəm. İsti havada
oynamaq çətin idi. Son iki məğlubiyyətdən sonra üzərimizdə təzyiq var idi. Qələbə
qazanmağımız məni sevindirir. Qələbələrimizin ardını gətirəcəyimizə inanıram”.
|