Topaz
Premyer Liqasının 3-cü turunun açılış oyununda “Neftçi” doğma meydanda “Simurq”u
qəbul etdi. İlk hissənin sonlarından azlıqda oynayan paytaxt təmsilçisi qələbə
hesabını sonadək saxlaya bildi – 1:0.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Qapımıza qol vurulana qədər
komandalar bərabər səviyyəli oyun göstərdi. Qoldan sonra isə futbolçularda,
sanki, ruh düşkünlüyü yarandı. Rəqib azlıqda qaldıqdan sonra oyunda dönüş
yaratmaq istədik, ikinci hücumçunu oyuna buraxdıq. Təəssüf ki, səhv nəticəsində
buraxdığımız qol oyunun taleyini həll etdi”.
Tərlan
Əhmədov, “Neftçi” klubunun məşqçisi: “Oyunun ağır keçəcəyini bilirdik. 9
futbolçumuz milli komandaların düşərgəsində idi. Əsas heyətdə müəyyən itkilər
var idi. “Simurq” müdafiədə və əks-hücumlarda yaxşı oynayır. Qələbə qazanaraq
psixoloji səddi aşdıq. Gələcək oyunlarda da qələbəyə oynayacağıq”.
|