İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:Topaz Premyer Liqasının I turunun “Neftçi” – AZAL matçının 13-cü və 36-cı dəqiqələrində “Neftçi” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52). Topaz Premyer Liqasının I turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 64-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52). Topaz Premyer Liqasının I turunun “İnter” – “Qarabağ” matçının 90-cı dəqiqəsində “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62). Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Neftçi” – AZAL matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40). Oyunqabağı nəzərdə tutulan iclasda polis və təcili tibbi yardım briqadaları iştirak etmədiyi üçün meydan sahibi klub 1000 manat cərimə olunur (maddə 65). Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 36-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 55 №-li futbolçusu Ağabala Ramazanov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1). Oyunqabağı nəzərdə tutulan iclasda “Xəzər Lənkəran” klubunun nümayəndəsi iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunur (maddə 65). Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “İnter” – “Qarabağ” matçının 32-ci dəqiqəsində “İnter” klubunun 32 №-li futbolçusu İlqar Ələkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
|