Yeni mövsüm hazırlıqlarını Avstriyada davam etdirən “Simurq”da
iki futbolçunu baxışdadır. Yarımmüdafiəçi Patrik Osiako və müdafiəçi
Dario Dakoviç artıq komandanın düşərgəsindədirlər.
Zaqatala təmsilçisi sabah Avstriya toplanışı çərçivəsində
ikinci yoxlama görüşünə çıxacaq. “Simurq”un bu dəfəki rəqibi Türkiyənin “İstanbul
Böyükşəhir Bələdiyyəspor” klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:30-da
başlayacaq.
|