Yeni mövsüm hazırlıqlarının ikinci mərhələsini
Gürcüstanda davam etdirən “Sumqayıt” klubu növbəti yoxlama oyununu keçirib.
Aqil Məmmədovun yetirmələri Gürcüstan Premyer Liqasında çıxış edən “Merani
Martvili” ilə üz-üzə gəlib. Görüş sumqayıtlıların 2:1 hesablı qələbəsi ilə başa
çatıb. “Sumqayıt”ın heyətində Nurlan Novruzovla Vüqar Əsgərov fərqləniblər.
Qeyd edək ki, “Sumqayıt” ilk yoxlama oyununda “Mertsxali”yə
3:0 hesabı ilə qalib gəlmişdi. Komanda Gürcüstandakı 3-cü yoxlama oyununu isə bu gün “Quriya
Lançxuti”yə qarşı keçirəcək.
|