![](uploads/neftciyeni.jpg) Bu gün “Neftçi” klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat
mərhələsində Albaniyanın “Skenderbeu” klubu ilə keçirəcəyi oyundan öncə mətbuat
konfransı və açıq məşqi olacaq. Mətbuat konfransında komandanın baş məşqçisi Böyükağa Hacıyev, həmçinin futbolçular – Rəşad Sadiqov və Flavinyo iştirak edəcək. “Bakcell Arena”da baş tutacaq mətbuat konfransı saat 18:30-da, açıq məşq isə 19:00-da başlanacaq. “Skenderbeu”nun mətbuat
konfransı həmin gün, eyni məkanda saat 19:30-da, açıq məşqi isə saat 20:00-da
keçiriləcək.
|