![](uploads/Smqyityeni.jpg) Yeni mövsümə hazırlığın ikinci mərhələsini Gürcüstanda
davam etdirən “Sumqayıt” klubu 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Aqil Məmmədovun
rəhbərlik etdiyi komanda iyulun 17-də Gürcüstanın 1-ci dəstə təmsilçisi “Mertsxali”
ilə qarşılaşacaq. İyulun 20-də isə Gürcüstan Premyer Liqasında çıxış edən “Merani
Martvili” ilə üz-üzə gələcək. Üçüncü rəqibin kimliyinə isə hələ aydınlıq gəlməyib.
|