Avstriyanın
Tirol şəhərində yay təlim-məşq toplanışını davam etdirən “Simurq” klubu sabah
hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək. Yunanıstanın “Olimpiakos”
klubu ilə qarşılaşacaq Zaqatala təmsilçisinin oyunu Bakı vaxtı ilə 20:30-da
başlayacaq.
Qeyd
edək ki, mövsüm sonunda komandadan ayrılan Stepan Polyak yenidən “Simurq”un heyətinə
cəlb olunub. Komandada daha bir yeni futbolçu isə Eudi
Silva de Souzadır. Braziliyalı hücumçu haqqında son qərar yoxlama oyunundan sonra veriləcək.
|