Mövsümün rekordu qırıldı, yeni rekord davam edir 2012-03-12 |
|
Unibank Premyer Liqasının 2011/12-ci il mövsümünün ən uzun qələbə seriyası qırılıb. Ardıcıl 5 turdur qələbə qazanan “Neftçi” “Qəbələ”yə 1:4 hesabı ilə uduzaraq seriyasının qırılması ilə barışıb. Ötən il dekabrın 17-də səfərdə “İnter”ə 1:2 hesabı ilə uduzduqdan sonra ardıcıl 5 qələbəni sıralayan Böyükağa Hacıyevin yetirmələri 85 gündən sonra məğlub olaraq xal itirdi. Həmin 5 qələbə zamanı “Neftçi” 10 qol vurub 1-ni buraxmışdı.
“Neftçi”nin seriyası qırılan kimi mövsümün rekorduna "Qarabağ" şərik çıxdı. Belə ki, “Xəzər Lənkəran”ı məğlub edən “Qarabağ” ardıcıl 5-ci dəfə meydanı 3 xalla tərk edib. Sonuncu dəfə XVIII turun ötən il dekabrın 21-dəki görüşündə xal itirən Qurban Qurbanovun yetirmələri “Qəbələ” ilə qolsuz heç-heçədən sonra xal itirmir. Ağdamlılar bu 5 matçda 8 qol vurub, qapısından heç birini də buraxmayıb.
|
|
|
|
|
|