Unibank Premyer Liqasının XXIII turunda da
qapısını toxunulmaz saxlayan “Qarabağ” klubu mövsümün özünə aid olan rekordunu
9-a çatdırıb. Qurban Qurbanovun yetirmələri ardıcıl 9 çempionat oyunudur ki, qapısından qol buraxmır. “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edən
“Qarabağ”ın qapıçısı Boyan Pavloviç bu matçdan sonra öz quru seriyasını 812 dəqiqəyə
çatdırıb. Serbiyalı qapıçı sonuncu dəfə 2011-ci il noyabrın 26-da XIV turun
“Neftçi”ylə görüşündə 1:2 hesabı ilə uduzduqda, 88-ci dəqiqədə fərqlənən
Flavinyonun zərbəsi qarşısında aciz qalmışdı. Bununla da, o, milli çempionatlar
tarixinin ən uzun quru seriyaları siyahısında 7-ci pilləyə yüksəlib.
Maraqlıdır ki, Pavloviçdən öndə qərarlaşan Elxan Həsənov
hazırda “Qarabağ”ın qapıçılarla işləyən məşqçisi, yəni Boyanın çalışdırıcısıdır.
Azərbaycan çempionatının ən uzun quru seriyaları
1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
2. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 985
3. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 971
4. Camaləddin Əliyev (“Qarabağ”) – 958
5. Pavel Doroşev (Latviya, “Qəbələ”) – 952
6. Elxan Həsənov (“Neftçi”) – 943
7. Boyan Pavloviç (Serbiya, “Qarabağ”) - 812
8. Dmitri Kramarenko (“Karvan”) – 798
9. Dmitri Kramarenko (“Neftçi”) – 772
10. Rauf Mehdiyev (“Olimpik”) – 746
11. Elşən Poladov (“Bakı”) – 744
12. Nadir Şükürov (“Dinamo”) – 741
13. Aleksandr Martyoşkin (Belarus, “Xəzər Lənkəran”)
– 735
14. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
15. Camaləddin Əliyev (“Qarabağ”) – 700
16. Rauf Mehdiyev (“Olimpik”) – 676
|