Unibank Premyer Liqasının XXIII turunda Zaqatalada "Kəpəz"i qəbul edən "Simurq" hesabı açsa da, üstünlüyünü sona qədər qoruya bilməyib və qarşılaşma 1:1 hesabıyla başa çatıb. Fuad
İsmayılov, “Kəpəz” klubunun baş məşqçisi: “Oyunun çətin
olacağını bilirdik. Bir həftə öncə Gəncədə Simurqa qalib gəlmişdik. Acınacaqlı
vəziyyətdə qapımızda qol gördük. Ceyhun Sultanov oyuna daxil olduqdan sonra
hesabı bərabərləşdirə bildik”.
İqor Getman, “Simurq” klubunun baş məşqçisi: “Oyun maraqlı keçdik. Qalib gəlmək
istəyirdik. Hesabı açan tərəf olsaq da, üstünlüyümüzü qoruya bilmədik. Bir neçə
qol imkanımız ols ada, istifadə edə bilmədik. Rəqib məşqçi ilə razıyam. Bir xal
aktivimizə yazdıq”.
|