![](uploads/qarabagyeni.jpg) Topaz
Premyer Liqasının 31-ci turunda “Bakı” ilə qarşılaşan “Qarabağ” rəqibini 3-1
hesabı ilə məğlub edib. Lakin bu qələbə çempionluq uğrunda yarışda Ağdam təmsilçisinə
kifayət etməyib. Belə ki, “Qəbələ” ilə səfər oyununda heç-heçə edən “Neftçi” “Qarabağ”
üçün əlçatmaz olub.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “İlk dəqiqələrdən oyuna yaxşı başladıq.
“Qarabağ”ın fərqlənmək üçün imkanları olurdu, lakin istifadə edə bilmirdilər.
Müdafiədə buraxdığımız səhvlərdən qapımızda 3 qol gördük. Rauf Əliyevin qırmızı
vərəqə alması oyunumuza təsir etdi. Qarşıda son oyunumuz var”.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Rəqib ilk dəqiqələrdən bizə
çətinlik yaradırdı. Yaxşı müdafiə və sürətli əks-hücum hesabına bir qol
vurdular. Havanın isti olmasına baxmayaraq, komandam yaxşı oynadı, qələbə
qazandıq”.
|