Unibank Premyer Liqasının XXIII turunda "Qarabağ" doğma azarkeşləri önündə "Xəzər Lənkəran"ı minimal hesabla məğlub edib. Oyunda yeganə qolu 69-cu dəqiqədə Georgi Adamiya vurub. Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Altılığın
ilk oyununda çempionluğa əsas namizədlərdən olan “Xəzər Lənkəran” ilə
qarşılaşdıq. Doğma azarkeşlər önündə sürətli, baxımlı futbol nümayiş etdirdik.
Oyunçularım bu oyuna yüksək əhval-ruhiyyədə çıxmışdı. Gələcək oyunlarda da bu
cür davam etmək istəyirik”.
Cüneyt Biçer, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Final mərhələsinin
ilk oyununun çətin olacağını bilkirdik. Belə oyunlarda ilk səhvi buraxan
qapısında qol görür. İkinci hissədə səhv buraxdıq, nəticədə məğlub olduq”.
|