![](uploads/kepezyeni.jpg) Topaz
Premyer Liqasının 31-ci turunda baş tutan “Qərb derbisi”ndə “Kəpəz” “Turan”ı
5-3 hesabı ilə məğlub etdi.
Mahmud
Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Çoxlu qol epizodları yaratdıq.
Hamısından istifadə edə bilməsək də, yarısını qola çevirdik. Bu mövsüm “Turan”a
hər üç oyunda məğlub olmuşduq. Son oyunda qalib gəldiyimiz üçün şadam. Mövsümdə
göstərdiyimiz ən yaxşı oyun idi. Hər iki qapıçımızın bu gün ad günüdür. Qələbəni
onlara həsr edirik”.
Əfqan
Talıbov, “Turan” klubunun baş məşqçisi: “”Kəpəz”lə bundan əvvəlki üç oyunda qələbə
qazanmışdıq. Bu gün də qələbə əzmi ilə meydana çıxmışdıq. Lakin müdafiədə kobud
səhvlər buraxdıq, qapımızda qollar gördük. Hesab bərabərləşdikdən sonra daha
iki qol buraxdıq, bu, oyunumuzu pozdu”.
|