![](uploads/Smqyityeni.jpg) Topaz
Premyer Liqasının 31-ci turunda “Sumqayıt” doğma meydanda “Xəzər Lənkəran”ı
minimal hesabla məğlub edərək son tur öncəsi ən yaxın izləyicisi “Turan” üçün əlçatmaz
olub – 1:0.
Con
Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Məğlub olduğumuz üçün məyusam.
Uşaq səhvi buraxdıq, qapımızda qol gördük. Skarlatake meydandan qovulandan
sonra daha yaxşı oynamağa başladıq. Heyətimizdə mərkəz hücumçunun olmaması qol
vurmağımıza maneə oldu”.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Son 6 aydakı problemlərə baxmayaraq, vacib
xallar qazandıq, Premyer Liqada qalmağı bacardıq. Komandanı təbrik edirəm. Qələbəyə
layiq idik. Ötən turdakı oyundan sonra futbolçularımı “Xəzər Lənkəran”a qalib
gələ biləcəyimizə inandırmışdım”.
|