![](http://pfl.az/uploads/tpl.jpg) Topaz
Premyer Liqasında 30-cu turun rəmzi komandası məlumdur. Instat Football şirkətinin
Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən 30-cu turun rəmzi
komandasını aşağıdakı futbolçular təşkil edib:
Qapıçı
– Toni Doblas (Xəzər Lənkəran)
Müdafiəçilər
– Tərlan Quliyev (Neftçi); Manuel Skarlatake (Xəzər Lənkəran); Denis Silva Kruz
(Neftçi); Kamran Abdullazadə (Xəzər Lənkəran)
Yarımmüdafiəçilər
– Lourival Assis (Qəbələ); Namiq Yusifov (Qarabağ); Julius Vobay (Neftçi); Bujamin
Asani (Kəpəz)
Hücumçular
– Vladislav Serebryakov (Kəpəz); Junior Nildo (AZAL)
Turun
ən yaxşı oyunçusu “Xəzər Lənkəran”ın qapıçısı Toni Doblasdır.
Topa
ən çox sahib olan, ən çox hücum təşkil edən, qapıya ən çox zərbə endirən və dəqiq
ötürmə verən komanda “Neftçi”dir. Bu parametrlər üzrə ən zəif göstərici isə “Simurq”dadır.
“Rəvan”
komandası ən çox qayda pozuntusuna yol verən komandadır.
“Neftçi”nin
futbolçuları Flavio Aleks Valensio və Araz Abdullayev rəqib qapısına hamıdan
çox – hərəyə 7 zərbə endiriblər. Ən çox dəqiq ötürmə verən isə “Neftçi”nin
kapitanı Rəşad Sadiqovdur.
Hava
mübarizələrində “Sumqayıt” klubunu futbolçusu Murat Doymuş hamıdan uğurlu olub.
“Neftçi”nin
yarımmüdafiəçis Araz Abdullayev həm də ötən turun ən çox driblinq edən futbolçusudur. 30-cu turun statistikası
|