İntizam Komitəsinin son iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:Topaz Premyer Liqasının
XXX turunun “Bakı” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə
ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının
XXX turunun “Neftçi” – “Simurq” matçında
hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000
manat cərimə olunur (maddə 40).
Oyunun 90+3-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən
pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə
52).
Polis briqadası oyunqabağı iclasda iştirak etmədiyi və matça gecikdiyi üçün meydan sahibi klub 2000
manat cərimə olunur (maddə 61).
“Neftçi” klubun azarkeşləri tərəfindən stadionun bir neçə inventarı
sındırıldığı üçün “Bakcell Arena” stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun
olaraq kluba təqdim edəcəyi hesab əsasında
ödəmə etsin.
Topaz Premyer Liqasının
XXX turunun “İnter” – “Qarabağ” oyunun 1
dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr
istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə
52).
Əvəzedici heyətlərin XXX turunun “Kəpəz” – “Rəvan”
matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
500 manat cərimə olunur (maddə 40). Əvəzedici heyətlərin XXX turunun “Neftçi” – “Simurq”
matçında “Simurq” klubunun 6 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün
klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 6-cı dəqiqəsində “Simurq” klubunun 13 №-li futbolçusu İlkin
Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).
Matçın fasiləsi zamanı “Simurq”
klubunun məşqçisi Rauf Mehdiyev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır,
klub 2500 manat cərimə olunur (maddə
42.4).
|