![](http://pfl.az/uploads/tpl.jpg) Topaz
Premyer Liqasının 30-cu turunda “İnter” “Şəfa” stadionunda “Qarabağ”ı qəbul
etdi. Mükafatçıların yekun sıralamasına birbaşa təsir edən oyun qolsuz heç-heçə
ilə yekunlaşdı – 0:0.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “”İnter”lə oyunlarımız həmişə çətin
və maraqlı keçir. Hər oyunda rəqib komandanın baş məşqçisi fərqli taktiki
gedişlər edir və biz buna hazır oluruq. İlk hissədə mərkəzdə müəyyən
boşluqlarımız var idi, lakin əvəzetmələrlə bunu aradan qaldırdıq. İkinci hissədə
daha yaxşı oynasaq da, qol vura bilmədik. Fikrimcə, ədalətli nəticə oldu. “Neftçi”
ilə son oyundan sonra komandanı hazırlamaq çətin idi”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “”Qarabağ”ın Avroliqada yaxşı çıxış
etmək üçün şansı var. “İnter”in heyəti çempionluq üçün çox da layiq deyildi.
Futbolçularda fərdi ustalıq çatışmır, komandaya transferlər lazımdır. İlk hissədə
fərqli taktiki sxemlə oynadıq, lakin şanslardan istifadə edə bilmədik. İkinci
hissədə isə oyunçular taktiki göstərişləri tam yerinə yetirə bilmədilər. Bərabər
oyun oldu”.
|