![](uploads/ruslan29.jpg) Topaz
Premyer Liqasında 29-cu turun rəmzi komandası müəyyənləşmidir. Instat Football
şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən Topaz
Premyer Liqasında ötən turun rəmzi komandasını aşağıdakı futbolçular təşkil
edib.
Qapıçı:
Saşa Stamenkoviç (Neftçi)
Müdafiəçilər:
İlia Kandelaki (İnter); Alvaro Silva (Xəzər Lənkəran); Elvin Yunuszadə
(Neftçi); Ruslan Əmircanov, (İnter)
Yarımmüdafiəçilər:
Ruslan Qurbanov (Sumqayıt); Taner Taktak (Sumqayıt); Nicat Qurbanov (Simurq);
Taqim Novruzov (AZAL)
Hücumçular:
Can Akgün (Sumqayıt); Junior Nildo (AZAL)
Turun
ən yaxşı oyunçusu isə “Sumqayıt” klubunun hücumçusu Ruslan Qurbanov olub.
Ötürmələrdə
ən dəqiq olan isə Tovuzun “Turan” komandası olub. Əyalət təmsilçisinin oyunboyu
ötürmələrindəki dəqiqlik 85% təşkil edib.
Gəncənin
“Kəpəz” klubunun futbolçuları isə hamıdan çox – 6 dəfə oyundan kənar vəziyyətə
düşüb.
Ən
çox top itkisinə yol verən komanda Ağdamın “Qarabağ” klubu, ən çox top ələ
keçirən komanda isə “Xəzər Lənkəran” olub.
Müdafiədə
ən uğurlu oyunu Bakının “Neftçi” klubu göstərib.
“Qəbələ”
klubu turun ən çox qayda pozuntusuna yol verən komandasıdır.
Rəqib
qapısına topla ən çox zərbə endirən futbolçu “Xəzər Lənkəran”ın hücumçusu
Ağabala Ramazanovdur.
Ötürmələrdə
isə “Turan”dan Dmitri Pospelov və “Rəvan”dan Şəhriyar Rəhimov yüksək göstərici –
hər biri 90% dəqiqlik göstərib.
Hava
mübarizələrində “Xəzər Lənkəran”ın müdafiəçisi Alvaro Silva hamıdan üstün olub.
İspaniyalı müdafiəçi hava mübarizələrinin 80%-də rəqiblərini üstələyib.
Alvaro
Silvanın komanda yoldaşı Sadio Tounkara isə ən çox driblinq edən futbolçudur. 29-cu turun statistikası
|