Unibank Premyer Liqasının XXIII turunda “Neftçi” səfərdə “Qəbələ”nin
qonağı oldu. “İlk altılıq”da mübarizə aparan komandaların qarşılaşmasında
əyalət komandası qələbəni bayram etdi – 4:1.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Uğurlu oyunlar seriyasından sonra belə
nəticəni gözləyirdim, lakin belə hesabla yox. İlk hissədə “Qəbələ” əsl əzmkarlıq
göstərdi, bizdən daha üstün oynadı. “Qəbələ” gözəl oyunu ilə “Neftçi”yə 4-1
hesabı ilə qalib gəldi. Çalışacağıq ki, bu məğlubiyyətdən nəticə çıxaraq”.
Fatih
Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “”Neftçi”yə qarşıdakı oyunlarda uğurlar
arzulayıram. Final mərhələsinə uğurlu başladıq. Komandamı qələbə münasibəti ilə
təbrik edirəm. Baxımlı oyunun şahidi olduq. İlk hissədə 2 qol vurduq, ikinci
hissədə isə rəqib üstünlüyü ələ keçirdi, hücumları artırdı. Növbəti qolları
vurunca daha rahat oynadıq”.
|