![](uploads/azalyeni.jpg) Topaz
Premyer Liqasının 30-cu turunda AZAL öz meydanında Sumqayıt şəhərinin eyniadlı
komandasını qəbul etdi. Rəqibini 1-0 hesabı ilə məğlub edən “təyyarəçilər”in qələbə
qolu Premyer Liqanın ikinci sərrast futbolçusu Junior Nildonun aktivindədir.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Komandam sona kimi oynadı, buna görə
futbolçularıma təşəkkür edirəm. Bir səhvdən qapımızda qol gördüyümüzə üzülürəm”.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “Futbolçularımdan razı qaldım. Həmişə son
dəqiqəyədək mübarizə aparmışıq. Qələbə münasibəti ilə komandamı təbrik edirəm. Rəqib bu gün yaxşı oynadı. “Sumqayıt” gələcək üçün böyük potensialı olan
komandadır”.
|