Unibank Premyer Liqasının XXIII turunda Tovuzda yerli “Turan”ın qonağı olan AZAL rəqibinə
0:3 hesabı ilə məğlub oldu.
Rafiq Mİrzəyev,
AZAL klubunun baş məşqçisi: “”Turan” komandasını qələbə münasibətilə təbrik
edirəm. Rəqibimiz gözəl oyun nümayiş etdirdi. Gələcək oyunlarda da uğurlar arzu
edirəm”.
Əsgər
Abdullayev, “Turan” klubunun baş məşqçisi: “Qalib gəldiyimizə görə şadam. 3:0
hesabı ilə qazandıq, bu üç xal bizim üçün çox vacib idi. Gələcək oyunlarda da
bu cür oyunumuzu davam etdirməyə çalışacağıq”.
|