![](uploads/kepezantirekord.jpg) Topaz Premyer Liqasında mövsümün antirekordu qeydə
alınıb. XXVII turun “Dalğa Arena”da keçirilən “Kəpəz” – “Turan” matçını cəmi 30
tamaşaçı izləyib. Bu da çempionatın 27 turunun ən aşağı göstəricisidir. Bunadək
cəza üzündən azarkeşsiz keçirilən “Qarabağ” – “Qəbələ” matçını nəzərə almasaq
mövsümün ən aşağı tamaşaçı sayı 50-yə bərabər idi. Bu da XXII turun “Kəpəz” –
“Simurq” matçında gerçəkləşmişdi. Gəncə təmsilçisinin Bakıdakı son oyununda isə
həmin antirekord yeniləndi.
|