![](uploads/revanseriya.jpg) Bakının “Rəvan” klubunun qələbə seriyası qırılıb. Topaz
Premyer Liqasının XXVII turunda AZAL-a 2:3 hesabı ilə uduzan Ramil Əliyevin
yetirmələri sonuncu dəfə martın 3-də səfərdə “Bakı”ya 1:2 hesabı ilə məğlub
olmuşdu. Bu yenilgidən sonra ardıcıl 4 oyunda qələbə qazanan paytaxt təmsilçisi
47 gündən sonra xal itirərək məğlub oldu. Ardıcıl 4 qələbədən son 3-ü
böyükhesablı olan “Rəvan” bu uğurlu seriya zamanı 13 qol vurub və 2-ni buraxıb.
|