Topaz
Premyer Liqasının 27-ci turunda “Neftçi” doğma meydanda “Qəbələ”ni qəbul etdi. Oyunun
gedişində hesabda geri olan paytaxt təmsilçisi əzmkar oyunu ilə qələbə qazandı –
2:1.
Luiz
Araqon, “Qəbələ” klubunun məşqçisi: “Gərgin oyun oldu, komandam sona kimi
mübarizə apardı. İlk hissədə hesabda irəlidə idik. İkinci hissədə isə
qarşılıqlı hücumlar oldu. İmkanlarımızdan yararlana bilmədik, məğlub olduq.
Fikrimcə, bu oyunda heç-heçə də ola bilərdi”.
Tərlan
Əhmədov, “Neftçi” klubunun məşqçisi: “Oyunun ağır keçəcəyini bilirdik. Kubok
oyununun ardından bu oyunu keçirdiyimiz üçün komandada yorğunluq hiss olunurdu.
İlk hissədə yaxşı oynamasaq da, ikinci hissədə əzmkar oyun ilə qalib gələ bildik.
Zədəli oyunçularımız sağalmağa başlayır. Qarşıda “Qarabağ”la kubok oyunumuz
var. Bütün fikrimizi bu oyuna yönəldəcəyik”.
|