![](uploads/turanyeni.jpg) Topaz
Premyer Liqasının 27-ci turuna “Kəpəz” – “Turan” oyunu ilə start verildi. Salif
Ballonun ikinci hissədə vurduğu yeganə qol Tovuz təmsilçisinə Qərb derbisində qələbə
qazandırdı – 1:0.
Əfqan
Talıbov, “Turan” klubunu baş məşqçisi: “Oyunçular fiziki cəhətdən zəifdilər,
futbolçularımın gücü tükənib. Müdafiənin mərkəzində gənc futbolçuları oynatdıq.
16-17 yaşlı futbolçular perspektivli sayıla bilər. 1991-1993-cü il təvəllüdlü
futbolçular isə artıq özlərini göstərməlidirlər. Təəssüf ki, bacarmadılar, hətta
son 20 dəqiqədə “Kəpəz” bizdən üstün oynadı. Komandanı gücləndirmək üçün güclü
futbolçuları heyətə cəlb etməliyik. Bunun üçün də maliyyə məsələləri həll
olunmalıdır. Çox çətin qələbə qazandıq”.
Mahmud
Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Oyuna tam heyətlə çıxa bilmədik, cəmi
17 oyunçumuz var idi. Hücumlarımızı əsasən sol cinahdan qurduğumuz üçün ilk
hissədə Elvin Həsənəliyevin zədələnməsi pis oldu. Emin Əliyev isə zədədən təzə
sağalıb, istədiyimiz fiziki durumda deyil. Qol buraxdıqdan sonra daha yaxşı
oynadıq. Gənc futbolçular təcrübəlilərdən daha enerjili olmalıdırlar, lakin bəziləri
bunu anlamır”.
|