İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:Topaz Premyer Liqasının
XXIV turunun “Xəzər Lənkəran” – AZAL matçının 72-ci dəqiqəsində AZAL klubunun 4
№-li futbolçusu Junior Ailton idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200
manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının
XXIV turunun “İnter” – “Neftçi” ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə
ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 28-ci dəqiqəsində
“Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün
klub 2000 manat cərimə olunur (maddə
52).
Matçın 74-cü dəqiqəsində
“Neftçi” klubunun 6 №-li futbolçusu Rəşad Sadiqov kobud oyuna görə ikinci sarı
vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasında çıxış
edən klubların əvəzedici heyətlərinin XXIV turunun “İnter” – “Neftçi” oyunun
44-cü dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Vüsal Səfərov idmançıya
yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun
XIX turunun “Neftçala” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə
ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun
XIX turunun “Şahdağ” – “Tərəqqi” matçının 76-cı dəqiqəsində “Tərəqqi” klubunun
10 №-li futbolçusu Orxan Əlibalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci
sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun
XIX turunun “Şəmkir” – “Energetik” matçının 65-ci dəqiqəsində “Şəmkir” klubunun
9 №-li futbolçusu Anar Rzayev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə
olunur (maddə 42.3).
|