![](uploads/revanqrabag.jpg) Topaz Premyer Liqasının 21-ci turuna “Rəvan” – “Qarabağ”
oyunu ilə start verildi. Dramatik məcrada keçən oyun ağdamlıların 3-2 hesablı qələbəsi
ilə başa çatdı.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Oyuna
yaxşı başladıq, lakin sonradan üstünlüyümüzü əldən verdik və qapımızda iki qol
gördük. İkinci hissədə yaratdığımız qol imkanlarındann yararlana bilmədik. Buna
baxmayaraq, ikinci hissəyə əlavə edilmiş dəqiqələrdə qol vurduq, çox vacib üç
xal qazandıq. “Rəvan” komandası son turlar yaxşı çıxış edir, komanda yüksəlişdədir.
Digər oyunlara daha ciddi yanaşıb səhvsiz oynamalıyıq”.
Ramil Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “Oyuna itkilərlə
çıxsaq da, futbolçular özlərini doğrultdular. İlk hissəyə pis başladıq, lakin sonradan
toparlana bildik, hesabı bərabərləşdirdik. İlk altılığa düşən komandalardan zəif
oynamadığmızı düşünürəm. Bundan sonra kubok oyununa hazırlaşacağıq, əsas hədəfimiz
kubokda irəliləməkdir”.
|